Siyəzənli mühəndisin tullantılardan yaratdığı dünya | FOTOLAR

   Siyəzənli mühəndisin tullantılardan yaratdığı dünya    | FOTOLAR
  26 Yanvar 2026    Oxunub:1075
Siyəzənli mühəndis Cavid Yəhyayev 13 ildir ki, tullantılardan sənət əsərləri yaradır. Başqalarının zibil saydıqları onun əllərində sənət dünyasının qeyri-adi nümunələrinə çevrilir. Beləliklə, həm ekologiyanı qoruyur, həm də görənləri heyran qoyur.
Mühəndis dəqiqliyi ilə rəssam təxəyyülünün birləşməsinin nəticəsində yararsız avtomobil şinləri, boş şirə qabları və ya paslı metal hissələrdən 150-dən çox maraqlı eksponat yaranıb. Bu fəaliyyət Cavid Yəhyayev üçün sadəcə hobbi deyil, həm də sosial ismarıcdır. Onun əsas qayəsi tullantıların həcmini azaltmaq, əşyaların təkrar emalının mümkünlüyünü sübut etmək, insanlarda ekoloji məsuliyyət hissini artırmaqdır.



















Teqlər: Eko-Art  



Xəbər lenti